Aİ Suriyaya qarşı sanksiyaların müddətini uzadıb

Aİ Suriyaya qarşı sanksiyaların müddətini uzadıb Avropa İttifaqı Şurası Suriyaya qarşı məhdudlaşdırıcı tədbirləri daha bir il, 2023-cü il iyunun 1-dək uzadıldığını elan edib.
Digər ölkələr
1 İyun , 2022 01:25
Aİ Suriyaya qarşı sanksiyaların müddətini uzadıb

Avropa İttifaqı (Aİ) Şurası Suriyaya qarşı məhdudlaşdırıcı tədbirləri daha bir il - 2023-cü il iyunun 1-dək uzadıldığını elan edib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Şuranın Brüsseldə dərc olunan kommünikesində deyilir.

Üç nəfərin sanksiya siyahısından çıxarıldığı bildirilir. Siyahıya indi aktivləri dondurulan və Aİ-yə səyahət qadağası qoyulan 289 fiziki şəxs, habelə aktivləri dondurulan 70 qurum daxildir.

"Suriyaya qarşı sanksiyalar 2011-ci ildə mülki şəxslərə qarşı amansız repressiyaya cavab olaraq tətbiq edilib. Görülən tədbirlərə, həmçinin neft idxalına qadağa, bəzi investisiyalara məhdudiyyətlər, Suriya Mərkəzi Bankının Aİ-də yerləşən aktivlərinin dondurulması daxildir", - sənəddə deyilir.

O da vurğulanır ki, Suriyaya qarşı sanksiyalar humanitar yardımın çatdırılmasına mane olmamaq üçün nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi