Aİ səfirləri martın 13-də Rusiyaya qarşı yeni sanksiyalarla bağlı razılığa gələ bilərlər

Aİ səfirləri martın 13-də Rusiyaya qarşı yeni sanksiyalarla bağlı razılığa gələ bilərlər Avropa İttifaqının (Aİ) səfirləri siyasətçi Aleksey Navalnının ölümü ilə əlaqədar martın 13-də Rusiyaya qarşı yeni sanksiyaları razılaşdırmaq niyyətindədirlər.
Digər ölkələr
11 Mart , 2024 12:51
Aİ səfirləri martın 13-də Rusiyaya qarşı yeni sanksiyalarla bağlı razılığa gələ bilərlər

Avropa İttifaqının (Aİ) səfirləri siyasətçi Aleksey Navalnının ölümü ilə əlaqədar martın 13-də Rusiyaya qarşı yeni sanksiyaları razılaşdırmaq niyyətindədirlər.

“Report” xəbər verir ki, bu barədə “EUobserver” portalı məlumat yayıb.

Daha əvvəl məlumat verilmişdi ki, sanksiyalar 35 fiziki və 2 hüquqi şəxsə şamil oluna bilər.

Qeyd edək ki, A.Navalnının ölümündən sonra Çexiya, Polşa, Rumıniya, Finlandiya, İsveç, eləcə də Latviya, Litva və Estoniyanın xarici işlər nazirləri Rusiyaya qarşı sanksiyaların genişləndirilməsi məqsədi ilə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrellə məktub ünvanlayıblar.

Son xəbərlər

Orphus sistemi