Aİ Rusiyaya qarşı 13-cü sanksiyalar paketini təsdiqləyib

Aİ Rusiyaya qarşı 13-cü sanksiyalar paketini təsdiqləyib Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 13-cü sanksiyalar paketini təsdiqləyib.
Digər ölkələr
21 Fevral , 2024 13:25
Aİ Rusiyaya qarşı 13-cü sanksiyalar paketini təsdiqləyib

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 13-cü sanksiyalar paketini təsdiqləyib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə diplomatik mənbələr məlumat yayıb.

Bildirilib ki, sanksiyalar paketinə 200-ə yaxın fiziki və hüquqi şəxsin adı daxildir.

Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell məsələ ilə bağlı “X”də paylaşım edib. O deyib ki, sanksiyalar paketinə 200-ə yaxın şəxs və qurumun adı salınıb. Bununla da "qara siyahı"ya düşən Rusiyanın fiziki və hüquqi şəxslərinin sayı 2000-i keçib.

Son xəbərlər

Orphus sistemi