Aİ: “Rusiyanın hərbi cinayətləri cəzasız qalmayacaq”

Digər ölkələr
  • 29 dekabr, 2022
  • 12:34
Aİ: “Rusiyanın hərbi cinayətləri cəzasız qalmayacaq”

“Rusiyanın hərbi cinayətləri cəzasız qalmayacaq”.

“Report” xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel tviterdə yazıb.

O bildirib ki, Rusiyanın Ukraynaya növbəti mənasız və kütləvi raket hücumu infrastrukturu və tibb müəssisələrini heç bir fərq qoymadan məhv edir, mülki insanları qəsdən hədəfə alır və öldürür: “Ukraynaya dəstəyimiz dayanmadan davam edəcək”.

Qeyd edək ki, Rusiya bu gün Ukrayna ərazilərinə kütləvi raket hücumu həyata keçirib. Nəticədə Kiyev şəhərində azı 3 mülki şəxs yaralanıb.

44 filmi