Aİ: Peyvənd pasportları hələ sonra tətbiq olunacaq

Aİ: Peyvənd pasportları hələ sonra tətbiq olunacaq Turizm mövsümü pozula bilər
Digər ölkələr
127
3 Mart , 2021 14:57
Aİ: Peyvənd pasportları hələ sonra tətbiq olunacaq

Avropa İttifaqı (Aİ) ölkələrində koronavirusa qarşı peyvənd pasportlarının tətbiqi dərhal baş tutmayacaq və bunun nəticəsində turizm mövsümü pozula bilər.

“Report” “Bloomberg”ə istinadən xəbər verir ki, təşkilatın daxili sənədində Avropa Komissiyasının bu cür pasportları tanımağı asanlaşdıracaq rəqəmli infrastruktur üzərində çalışdığı, həmin işlərin iki aydan dörd ayadək vaxt apara biləcəyi bildirilir.

Aİ ölkələri həmçinin COVID-19-dan sağalmaya dair sübutlarla bağlı vahid yanaşma hazırlamalıdır. Belə ki, həmin xəstəliyi keçirənlərin imun gücü qazanıb-qazanmaması, koronavirusun başqa variantlarına qarşı da müqavimət göstərə bilib-bilməyəcəyi hələlik bəlli deyil.

Bundan əvvəl Avropa Komissiyası prezidenti Ursula fon der Leyen koronavirusa qarşı peyvəndlə bağlı vahid sertifikat layihəsinin mart ayında təqdim etmək niyyətində olduqlarını bildirmişdi.

Son xəbərlər

Orphus sistemi