Aİ ölkələri Avropa Sülh Fonduna 2,1 milyard dollar köçürəcək

Aİ ölkələri Avropa Sülh Fonduna 2,1 milyard dollar köçürəcək Avropa İttifaqı (Aİ) ölkələri Ukraynaya hərbi yardım üçün ödənilən Avropa Sülh Fondunu daha 2 milyard avro (2,1 milyard ABŞ dolları) artırmaq niyyətindədir.
Digər ölkələr
8 Dekabr , 2022 21:52
Aİ ölkələri Avropa Sülh Fonduna 2,1 milyard dollar köçürəcək

Avropa İttifaqı (Aİ) ölkələri Ukraynaya hərbi yardım üçün ödənilən Avropa Sülh Fondunu daha 2 milyard avro (2,1 milyard ABŞ dolları) artırmaq niyyətindədir.

“Report” xəbər verir ki, bu barədə cümə axşamı “Reuters” agentliyi diplomatlara istinadən məlumat yayıb.

Məlumata görə, Aİ ölkələrinin xarici işlər nazirləri dekabrın 12-də Brüsseldə keçiriləcək görüşdə fondun balansının artırılması barədə qərar qəbul edəcəklər.

Avropa diplomatiyasının rəhbəri Jozep Borrell noyabrın 14-də ilin sonuna qədər fondun balansını artırmağa çağırış etmiş və Ukraynadakı müharibə zamanı fonddakı vəsaitin Kiyevə yardım məqsədilə istifadə olunduğunu açıqlamışdı.

Avropa Sülh Fondu 2021-ci ildə ilkin hədəf kimi Afrikadakı ölkələri dəstəkləmək üçün hərbi satınalmaları maliyyələşdirmək məqsədi ilə yaradılıb. 2021-ci ildə fonda 2027-ci ilə qədər olan dövr üçün 5,7 milyard avro (6 milyard ABŞ dolları) toplanmışdı.

Son xəbərlər

Orphus sistemi