Aİ oktyabrda infrastruktur sammiti keçirməyi planlaşdırır

Digər ölkələr
  • 06 sentyabr, 2023
  • 14:43
Aİ oktyabrda infrastruktur sammiti keçirməyi planlaşdırır

Avropa İttifaqı (Aİ) “Qlobal Portal” strategiyasına həsr olunmuş və dünya infrastrukturunun bütün səviyyələrdə inkişafına yönəlmiş sammit keçirmək niyyətindədir.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” öz mənbələrinə istinadən məlumat yayıb.

Tədbirə həm Aİ, həm də bloka daxil olmayan ölkələrin liderləri dəvət olunur.

Sammitin oktyabrın 25-26-da - Aİ liderlərinin Brüsseldə keçiriləcək ikigünlük görüşü ərəfəsində baş tutacağı gözlənilir.

44 - Tezliklə