Yuxarı

Donald Tusk: "Avropa İttifaqını qoruyub saxlamaq və daha da gücləndirmək niyyətindəyik"

Mənfi ssenariyə hazırıq

Bakı. 24 iyun. REPORT.AZ/ "Sirr deyil ki, hamımız Böyük Britaniyada keçirilən referendumdan başqa nəticə görmək istəyirdik".

"Report" xəbər verir ki, bunu Avropa İttifaqının sədri Donald Tusk deyib.

Onun sözlərinə görə, referendumun siyasi nəticələrini proqnozlaşdırmaq mümkün deyil, xüsusən də Böyük Britaniya üçün. "Bu, tarixi andır. Hamını əmin edirik ki, bu mənfi ssenariyə hazırıq. Son iki gün ərzində Aİ üzvü olan dövlətlərin liderlərinin hər biri ilə Britaniyadakı referendum barədə danışmışam. Bu gün Aİ-nin 27 liderinin adından bəyan edirəm ki, biz Avropa İttifaqını qoruyub saxlamaq və onu daha da güclü etmək niyyətindəyik", - deyə D.Tusk bildirib.

D.Tuskun sözlərinə görə, Böyük Britaniyanın Aİ-dən çıxışı hüquqi vakuum yaratmayacaq: "Britaniyanın Aİ-dən çıxışı ilə bağlı bütün prosedurlar müqavilələrdə öz əksini tapır".

Qeyd edək ki, iyunun 23-də keçirilən referendumda səsvermədə iştirak edənlərin 52 faizi Böyük Britaniyanın Avropa İttifaqından çıxmasına səs verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi