Aİ Rusiyaya qarşı yeni sanksiyalar paketini qəbul etməyə hazırlaşır

Aİ Rusiyaya qarşı yeni sanksiyalar paketini qəbul etməyə hazırlaşır Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı yeni sanksiyalar paketi 200-dən çox fiziki və hüquqi şəxsi əhatə edəcək.
Digər ölkələr
5 Fevral , 2024 10:20
Aİ Rusiyaya qarşı yeni sanksiyalar paketini qəbul etməyə hazırlaşır

Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı yeni sanksiyalar paketi 200-dən çox fiziki və hüquqi şəxsi əhatə edəcək.

"Report" xəbər verir ki, bu barədə “Der Spiegel” qəzeti məlumat yayıb.

Qeyd edilib ki, 13-cü sanksiyalar paketi Rusiyanın Ukraynada hərbi əməliyyatlarına başlamasının ikinci ildönümü ərəfəsində qəbul edilə bilər.

"Bloomberg"in məlumatına görə, yeni "qara siyahı"ya ticarət məhdudiyyətləri, eləcə də sanksiyalardan mümkün yayınmalara qarşı tədbirlər daxil ola bilər.

Son xəbərlər

Orphus sistemi