Aİ-nin xarici siyasət rəsmisi İranda həbsdən azad olunub

Aİ-nin xarici siyasət rəsmisi İranda həbsdən azad olunub İsveç və İran arasında məhbus mübadiləsi nəticəsində Avropa İttifaqının (Aİ) xarici siyasət rəsmisi, İsveç vətəndaşı Yohan Floderus azad edilib.
Digər ölkələr
16 İyun , 2024 01:31
Aİ-nin xarici siyasət rəsmisi İranda həbsdən azad olunub

İsveç və İran arasında məhbus mübadiləsi nəticəsində Avropa İttifaqının (Aİ) xarici siyasət rəsmisi, İsveç vətəndaşı Yohan Floderus azad edilib.

"Report"un "Associated Press"ə istinadən verdiyi məlumata görə, o, İran həbsxanasında iki ildən çox qalıb.

Məlumata görə, Floderus 2022-ci ilin aprelində turist səfərindən qayıdarkən İranda casusluq ittihamı ilə həbs edilib. Bir ildən artıq idir ki, onun taleyi barədə heçnə məlum deyildi.

İran hakimiyyəti İsveç və İran vətəndaşlığı olan Səid Əzizi də azad edib. O, ötən ilin sonlarında İranda həbs olunub və milli təhlükəsizliyə qarşı fəaliyyətdə ittiham olunaraq 5 il müddətinə azadlıqdan məhrum edilib.

İsveç 2022-ci ildə Stokholm məhkəməsi tərəfindən 1988-ci ildə İran həbsxanalarında məhbusların qətliamında iştirak etməkdə ittiham olunaraq ömürlük həbs cəzası alan iranlı Həmid Nurini azad edib.

Mübadilə barədə iyunun 15-də İsveçin Baş naziri Ulf Kristersson məlumat verib. O, İsveç hakimiyyətinin öz həmvətənlərinin azad edilməsinə nail olmaq üçün “çətin qərarlar” qəbul etməli olduğunu vurğulayıb.

Müqavilənin bağlanmasında Oman vasitəçi kimi çıxış edib.

Son xəbərlər

Orphus sistemi