Aİ-nin daimi nümayəndələri Rusiyaya qarşı yeni sanksiyalar rejimi ilə bağlı razılığa gəliblər

Aİ-nin daimi nümayəndələri Rusiyaya qarşı yeni sanksiyalar rejimi ilə bağlı razılığa gəliblər Avropa İttifaqının (Aİ) ölkələrinin daimi nümayəndələri bu gün keçirilən iclasda Rusiyaya qarşı yeni sanksiyalar rejimi ilə bağlı razılığa gəliblər.
Digər ölkələr
22 May , 2024 14:30
Aİ-nin daimi nümayəndələri Rusiyaya qarşı yeni sanksiyalar rejimi ilə bağlı razılığa gəliblər

Avropa İttifaqının (Aİ) ölkələrinin daimi nümayəndələri bu gün keçirilən iclasda Rusiyaya qarşı yeni sanksiyalar rejimi ilə bağlı razılığa gəliblər.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa mənbəsi məlumat yayıb.

Bildirilib ki, sanksiyalar Aİ Şurasının mayın 27-də keçiriləcək iclasında təsdiq ediləcək.

Bu qərarın Aİ Şurası tərəfindən yekun təsdiqindən sonra yeni məhdudiyyətlərə cəlb edilən ilk fiziki şəxslərin və təşkilatların ad siyahısı görünə bilər. Bu cür sanksiyalar Aİ-də iştirak edənlərin aktivlərinin dondurulmasını və səyahət qadağasını nəzərdə tutur.

Son xəbərlər

Orphus sistemi