Avropa İttifaqı (Aİ) Nigerdə üsyan nəticəsində yaradılmış yeni hökuməti tanımır.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Aİ diplomatiyasının rəhbəri Jozep Borrell tviter səhifəsində bildirib.
“Avropa İttifaqı Nigerdə çevriliş nəticəsində yaradılmış yeni hökuməti tanımır və tanımayacaq da. Konstitusiya quruluşu bərpa edilməlidir”, - o yazıb.
J.Borrellin sözlərinə görə, Aİ bu ölkəyə maliyyə dəstəyini və onunla əməkdaşlığı dayandırır.
“Nigerin respublika institutlarının bütövlüyünə qarşı edilən bu qəbuledilməz hücum Aİ ilə Niger arasında bütün müxtəlif aspektlərdə tərəfdaşlıq və əməkdaşlıq məsələlərində nəticəsiz qalmayacaq. Bununla əlaqədar büdcə dəstəyinin dərhal geri çəkilməsi ilə yanaşı, təhlükəsizlik sahəsində əməkdaşlıq üzrə bütün fəaliyyətlər dərhal qüvvəyə minməklə qeyri-müəyyən müddətə dayandırılır”, - o əlavə edib.
L’Union européenne ne reconnaît pas et ne reconnaîtra pas les autorités issues du putsch au #Niger.
L’ordre constitutionnel doit être restauré.
Nous nous tenons prêts à soutenir les décisions à venir de la @ecowas_cedeao