Avropa İttifaqı (Aİ) Şurası bu gün Moldovada sabitliyi pozan fəaliyyətə görə məsuliyyət daşıyan beş şəxs və bir təşkilata qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edib.
“Report” xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell deyib.
"Aİ Moldova xalqının qanuni istəklərinə tam dəstək verməyə davam edəcək. Bugünkü sanksiya siyahıları Moldovanın sabitliyinə daha bir töhfədir", - o bildirib.
Eyni zamanda J.Borrell Rusiyanı Moldovada sabitliyi pozmağa cəhddə ittiham edib.
Bundan başqa, “Avrasiya” qeyri-hökumət təşkilatı, onun direktoru və təsisçisi Nelli Parutenkoya da sanksiya tətbiq edilib.
Sanksiyaya məruz qalan şəxslər və təşkilatların aktivləri dondurulur. Fiziki şəxslərin Aİ-yə daxil olması qadağan olunur.
Kommunikedə deyilir ki, bu rejim çərçivəsində məhdudlaşdırıcı tədbirlər ümumilikdə 16 şəxs və iki təşkilatı əhatə edir.