Aİ liderləri Belarusla bağlı təcili sammit keçirəcəklər

Aİ liderləri Belarusla bağlı təcili sammit keçirəcəklər Avropa İttifaqına üzv olan 27 ölkənin dövlət və hökumət başçıları Belarusdakı vəziyyəti müzakirə etmək üçün çərşənbə günü videokonfrans formatında təcili sammit keçirəcək və Aİ-nin rəsmi Minsklə bağlı gələcək siyasətini müəyyən edəcəklər.
Digər ölkələr
19 Avqust , 2020 02:55
Aİ liderləri Belarusla bağlı təcili sammit keçirəcəklər
0 : 00
0 : 00

Avropa İttifaqına üzv olan 27 ölkənin dövlət və hökumət başçıları Belarusdakı vəziyyəti müzakirə etmək üçün çərşənbə günü videokonfrans formatında təcili sammit keçirəcək və Aİ-nin rəsmi Minsklə bağlı gələcək siyasətini müəyyən edəcəklər.

“Report” xəbər verir ki, sammitin keçirilməsini Litva və Polşa irəli sürüb.

Qeyd edək ki, avqustun 14-də Avropa İttifaqına üzv olan 27 ölkənin Xarici İşlər nazirləri Belarusdakı mövcud vəziyyətlə bağlı videokonfrans keçiriblər.

Görüşün sonunda nazirlər Belarus hakimiyyətində olan rəsmi şəxslərlə bağlı “qara siyahı”nın hazırlanmasına dair qərar qəbul ediblər.

Adı “qara siyahı”ya düşənlərin Avropa İttifaqına üzv dövlətlərin ərazisinə  daxil olması qadağan ediləcək, Avropa Birliyindəki bank aktivləri dondurulacaq.

Son xəbərlər

Orphus sistemi