Aİ Kubanın qasırğadan sonra bərpasına 700 min avro ayıracaq

Aİ Kubanın qasırğadan sonra bərpasına 700 min avro ayıracaq Bundan əvvəl BMT-nin Mərkəzi Fondu Havanaya kömək məqsədi ilə 2,5 milyon avro ayırıb
Digər ölkələr
19 Oktyabr , 2017 03:19
Aİ Kubanın qasırğadan sonra bərpasına 700 min avro ayıracaq

Bakı. 19 oktyabr. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) sentyabrın əvvəlində Kubada baş vermiş "İrma" qasırğasının nəticələrinin aradan qaldırılmasına kömək məqsədi ilə Havanaya 700 min avro ayıracaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə vəsaitin köçürüləcəyi BMT İnkişaf Proqramının çərşənbə günü yaydığı bəyanatda deyilir.

"Sankti-Spiritus mərkəzi əyalətinin Yaquaxay rayonunun daha çox zərər çəkmiş sakinlərinə evlərini bərpa etmələri üçün təqribən 8 min avro ayrılacaq", - deyə məlumatda bildirilir.

Bundan əvvəl BMT-nin Mərkəzi Fondu Havanaya kömək məqsədi ilə 2,5 milyon avro ayırıb.

Son xəbərlər

Orphus sistemi