Aİ İsrail hökumətinin üzvlərinə qarşı sanksiyalar tətbiq edə bilər

Aİ İsrail hökumətinin üzvlərinə qarşı sanksiyalar tətbiq edə bilər Avropa İttifaqı (Aİ) İordan çayının qərb sahilindəki Cit kəndində israilli mühacirlərin fələstinlilərə hücumlarından sonra İsrail hökumətinin üzvlərinə qarşı sanksiyaların tətbiq olunması məsələsini nəzərdən keçirəcək.
Digər ölkələr
16 Avqust , 2024 15:17
Aİ İsrail hökumətinin üzvlərinə qarşı sanksiyalar tətbiq edə bilər

Avropa İttifaqı (Aİ) İordan çayının qərb sahilindəki Cit kəndində israilli mühacirlərin fələstinlilərə hücumlarından sonra İsrail hökumətinin üzvlərinə qarşı sanksiyaların tətbiq olunması məsələsini nəzərdən keçirəcək.

“Report”xəbər verir ki, bu barədə Aİ diplomatik xidmətinin rəhbəri Jozep Borrel “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“Biz fələstinli mülki əhalini qorxutmaq üçün mühacirlərin Cit kəndinə hücumlarını pisləyirik. İsrail hökumətinin bəzi üzvləri də daxil olmaqla, təcavüzkar mühacirlərin əməllərinə şərait yaradanlara qarşı sanksiyaların tətbiq edilməsini təklif etmək niyyətimi təsdiqləyirəm”, - o bildirib.

Son xəbərlər

Orphus sistemi