Aİ İŞİD-lə mübarizəyə 1 mlrd. avro ayıracaq

Aİ İŞİD-lə mübarizəyə 1 mlrd. avro ayıracaq Vəsait Avropa İttifaqının Suriya və İraqdakı böhranlı vəziyyətlə mübarizə strategiyası çərçivəsində ayrılacaq
Digər ölkələr
6 Fevral , 2015 17:10
Aİ İŞİD-lə mübarizəyə 1 mlrd. avro ayıracaq

Bakı. 6 fevral. REPORT.AZ/ Avropa İttifaqı Suriya və İraqda İŞİD-lə mübarizəyə 1 mlrd. avro ayıracaq. "Report" Avropa Komissiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu vəsait  Avropa İttifaqının Suriya və İraqdakı böhranlı vəziyyətlə mübarizə strategiyası çərçivəsində ayrılacaq.

"Bu yardım vasitəsilə Aİ regionun inkişafında sabit maliyyələşdirməni və İŞİD kimi terror təşkilatları tərəfindən yaranan təhlükələrə qarşı müqaviməti təmin edə biləcək", - AK mətbuat xidmətindən bildirilir. 

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerininin sözlərinə görə, ayrılan vəsait Avropaya çox yaxın olan regionda sülh və təhlükəsizliyin bərpası üzrə tədbirləri möhkəmləndirməyə imkan verəcək.  

Son xəbərlər

Orphus sistemi