Aİ dünya əhalisinin 30 faizinin ilin sonuna qədər aşılanacağına ümid edir

Aİ dünya əhalisinin 30 faizinin ilin sonuna qədər aşılanacağına ümid edir Şarl Mişel birinci prioritetin pandemiyanı məğlub etmək olduğunu vurğulayıb
Digər ölkələr
27 May , 2021 17:41
Aİ dünya əhalisinin 30 faizinin ilin sonuna qədər aşılanacağına ümid edir

Avropa İttifaqı (Aİ) və Yaponiya ümid edirlər ki, ilin sonunadək dünya əhalisinin 30 faizi koronavirusa qarşı vaksinasiya ediləcək.

"Report" TASS agentliyinə istinadən xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Aİ-Yaponiya sammitindən sonra təşkil olunmuş mətbuat konfransında bildirib.

Ş.Mişel Aİ və Yaponiya üçün birinci prioritetin pandemiyanı məğlub etmək olduğunu vurğulayıb.

Qeyd edək ki, Aİ-Yaponiya sammiti bu gün videokonfrans formatında keçirilib. Aİ-ni Avropa İttifaqı Şurası və Avropa Komissiyası prezidentləri Şarl Mişel və Ursula fon der Lyayen, Yaponiyanı isə baş nazir Yoşihide Suqa təmsil ediblər.

Son xəbərlər

Orphus sistemi