Aİ daha dörd Rusiya bankına qarşı sanksiyalar tətbiq etməyi təklif edib

Aİ daha dörd Rusiya bankına qarşı sanksiyalar tətbiq etməyi təklif edib İrlandiya, Polşa və Baltikyanı ölkələr Rusiyadan brilyant və siqaret idxalına qadağa qoyulması, həmçinin bir sıra təşkilatların, o cümlədən “Qazprombank”ın SWIFT-dən ayrılması və nüvə enerjisi sahəsində Moskva ilə əməkdaşlığa veto qoyulması yolu ilə anti-
Digər ölkələr
24 Sentyabr , 2022 05:48
Aİ daha dörd Rusiya bankına qarşı sanksiyalar tətbiq etməyi təklif edib

İrlandiya, Polşa və Baltikyanı ölkələr Rusiyadan brilyant və siqaret idxalına qadağa qoyulması, həmçinin bir sıra təşkilatların, o cümlədən “Qazprombank”ın SWIFT-dən ayrılması və nüvə enerjisi sahəsində Moskva ilə əməkdaşlığa veto qoyulması yolu ilə anti-Rusiya sanksiyalarını gücləndirməyi təklif edir.

“Report” “Europa Press” agentliyinə istinadən xəbər verir ki, İrlandiya, Estoniya, Litva, Latviya və Polşa SWIFT sistemindən çıxarılan təşkilatların siyahısını “Qazprombank”, “Alfa-Bank”, “Rosbank” və “Tinkoff Bank”adək genişləndirməyi təklif ediblər.

Həmçinin bu beş ölkə Rusiya sığortaçılarının xidmət göstərməsinə qadağa qoymağı və propan və ya butan kimi məhsulların, yəni mayeləşdirilmiş neft qazından alınan məhsulların Aİ-yə idxalına veto qoymağı təklif edir.

Son xəbərlər

Orphus sistemi