Aİ COVID-19 peyvəndlərinin ixracı qadağasının müddətini uzadıb

Aİ COVID-19 peyvəndlərinin ixracı qadağasının müddətini uzadıb bu barədə Avropa Komissiyasından (AK) bildiriblər
Digər ölkələr
11 Mart , 2021 16:51
Aİ COVID-19 peyvəndlərinin ixracı qadağasının müddətini uzadıb

Avropa İttifaqı (Aİ) üzv ölkələrdən xüsusi icazə olmadan İttifaq ərazisindən yeni növ koronavirusa qarşı peyvəndin ixracını qadağan edən mexanizmin müddətini iyun ayının sonuna qədər uzadıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasından (AK) bildiriblər.

“Bu gün Komissiya COVID-19-a qarşı aşıların ixracının şəffaflığı və icazəsi mexanizmini iyun ayının sonuna qədər uzadıb. Bu qərar Aİ-də bəzi peyvənd tədarükündə davamlı gecikmələrin olmasından sonra qəbul edilib”, - AK-nın bəyanatında vurğulanıb.

Son xəbərlər

Orphus sistemi