Aİ: "ABŞ Ukraynaya yardımı dayandırarsa, onu əvəzləyə bilmərik"

Aİ: "ABŞ Ukraynaya yardımı dayandırarsa, onu əvəzləyə bilmərik" “ABŞ Ukraynaya yardımı dayandırarsa, Avropa İttifaqı bunu kompensasiya etmək iqtidarında deyil”.
Digər ölkələr
5 Oktyabr , 2023 14:29
Aİ: ABŞ Ukraynaya yardımı dayandırarsa, onu əvəzləyə bilmərik

“ABŞ Ukraynaya yardımı dayandırarsa, Avropa İttifaqı bunu kompensasiya etmək iqtidarında deyil”.

“Report” xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Avropa ABŞ-ı əvəz edə bilməz: “Əlbəttə, biz daha çox şey edə bilərik, lakin ABŞ Ukraynaya kömək etmək üçün əvəzsizdir”.

J.Borel Vaşinqtonu Ukraynaya dəstəyi davam etdirməyə çağırıb.

Qeyd edək ki, daha əvvəl Qərb ölkələrində Ukraynaya yardımla bağlı fikir ayrılığının yaranması barədə məlumat yayılmışdı.

Son xəbərlər

Orphus sistemi