Aİ ABŞ mallarına rüsumları dayandıracaq

Aİ ABŞ mallarına rüsumları dayandıracaq Avropa İttifaqı (Aİ) 2025-ci ilin mart ayının sonuna qədər bir sıra ABŞ mallarına ticarət rüsumlarının tətbiqini dayandıracaq.
Digər ölkələr
19 Dekabr , 2023 19:56
Aİ ABŞ mallarına rüsumları dayandıracaq

Avropa İttifaqı (Aİ) 2025-ci ilin mart ayının sonuna qədər bir sıra ABŞ mallarına ticarət rüsumlarının tətbiqini dayandıracaq.

“Report” xəbər verir ki, bu barədə Aİ-nin rəsmi saytında dərc olunmuş press-relizdə deyilir.

Qeyd olunub ki, Aİ motosiklet, geyim və spirtli içkilərə tarifləri 15 ay müddətinə dayandıracaq. ABŞ isə öz növbəsində 2018-ci ildə o vaxtkı prezident Donald Tramp tərəfindən tətbiq edilən və Aİ-dən polad üçün 25 % və alüminium üçün isə 10 % həcmində tutulan rüsumlardan imtina edəcək.

Xatırladaq ki, “Bloomberg” oktyabrın 6-da Aİ və ABŞ-ın transatlantik ticarətdə artan tariflərin qarşısını almaq üçün polad və alüminium ticarəti üzrə müvəqqəti saziş imzalamaq üzərində işlədiyini bildirmişdi. Söhbət artıq polad istehsal gücü, eləcə polad və alüminium sektorlarında istixana qazları emissiyaları ilə bağlı problemin həlli ilə bağlı ilkin razılaşmalardan gedir.

Agentliyin məlumatına görə, sövdələşmədə polad üçün yeni tariflər də var ki, onların tətbiqi Qərb ölkələrinin dempinqdə ittiham etdiyi Çin kimi ölkələrin qeyri-bazar təcrübələrinə qarşı yönəlməlidir.

Son xəbərlər

Orphus sistemi