"Avropa İttifaqının (Aİ) 2024-cü ildə Ukraynaya 5 milyard avroluq hərbi yardımın ayrılması ilə bağlı ilin sonuna qədər razılaşacağı gözlənilir".
"Report" TASS-a istinadən xəbər verir ki, bunu Aİ diplomatiyasının rəhbəri Cozef Borel Kiyevdə 27 icma ölkəsinin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
"Mən 2024-cü il üçün Avropa Sülh Fondu çərçivəsində 5 milyard avro məbləğində yeni hərbi yardım paketi təklif etmişəm. Ümid edirəm ki, Aİ-yə üzv dövlətlər bu təkliflə bağlı il başa çatmazdan əvvəl razılığa gələ biləcəklər", - o bildirib.
C.Borel əlavə edib ki, Aİ Kiyevlə müdafiə sənayesi, minalardan təmizləmə və dezinformasiya ilə mübarizə sahələrində əməkdaşlığı inkişaf etdirəcək.