Bakı. 28 noyabr. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) Şurası tərəfindən 2017-ci il üçün Avropa İttifaqının büdcəsi 157,88 milyard avro məbləğində təsdiqlənib.
Bu barədə "Report" TASS-a istinadən xəbər verir.
"2017-ci ilin büdcəsi gələcəyin planıdır. Büdcə 157,88 milyard dollar təşkil edəcək. O, icmanın miqrasiya, onun kökündəki problemlərlə mübarizə, Avropa iqtisadiyyatını stimullaşdırmaq üçün investisiyalı dəstək, gənclərin tədrisi və məşğulluğu kimi prioritet problemlərinin həllinə istiqamətlənəcək", - Avropa İttifaqı Şurasının mətbuat xidmətindən bildirilib.
Eyni zamanda, miqrasiya ilə bağlı problemləri həll etmək üçün büdcəyə 6 milyard avro, iqtisadi artımın stimullaşdırılması üçün isə 21,3 milyard avro ayırıldığı məlum olub.