Ağ Evin mətbuat katibi koronavirusa yoluxub

Ağ Evin mətbuat katibi koronavirusa yoluxub Ağ Evin mətbuat katibi Cen Psakidə COVID-19 aşkarlanıb.
Digər ölkələr
1 Noyabr , 2021 02:02
Ağ Evin mətbuat katibi koronavirusa yoluxub

Ağ Evin mətbuat katibi Cen Psakidə COVID-19 aşkarlanıb.

“Report”un xəbərinə görə, bu barədə Ağ Ev məlumat yayıb.

Psaki ailə üzvlərində və özündə virusun aşkarlanması səbəbindən çərşənbə günü Ağ Evin yüksək vəzifəli məmurları və tibb qrupu ilə razılaşdıraraq prezidentlə xaricə səyahət etməmək qərarına gəlib. O, karantin rejimində olduğunu, bir neçə gün COVID-19 üçün mənfi testlərdən keçdiyini qeyd edib. Ancaq dünən Psakinin koronavirus testinin nəticələri müsbət olub.

Qeyd edək ki, ABŞ dünyada koronavirusa yoluxma və ölüm hallarının sayına görə birincidir.

Son xəbərlər

Orphus sistemi