Ağ Evə beşik gətirilib

Ağ Evə beşik gətirilib Dövlət başçısının iqamətgahının üst mərtəbəsində yeni mebel əşyası prezidentin 2020-ci ildə anadan olan ən kiçik nəvəsi – Bo Bayden üçün nəzərdə tutulub
Digər ölkələr
3 Fevral , 2021 18:09
Ağ Evə beşik gətirilib

ABŞ prezidenti Cozef Bayden Ağ Evə beşik gətirtdiyini açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə “The Independent” qəzeti yazıb.

Dövlət başçısının iqamətgahının üst mərtəbəsində yeni mebel əşyası prezidentin 2020-ci ildə anadan olan ən kiçik nəvəsi – Bo Bayden üçün nəzərdə tutulub.

Qeyd edək ki, Baydenin prezidentliyinin ilk günündə ABŞ-ın “Time” jurnalı üz manşetə Ağ Evin “talan edilmiş” Oval kabinetinin şəklini çıxarmışdı. Bununla jurnal Baydenin sələfi Donald Trampdan qalma boşluqları doldurmalı olacağına eyham vurmuşdu.

Son xəbərlər

Orphus sistemi