Ağ ev seçkilərin ilkin nəticələrini şərh edib

Ağ ev seçkilərin ilkin nəticələrini şərh edib Bakı. 7 noyabr. REPORT.AZ/ ABŞ Prezidenti Administrasiyası aralıq seçkilərin ilkin nəticələrindən razıdır.
Digər ölkələr
7 Noyabr , 2018 09:30
Ağ ev seçkilərin ilkin nəticələrini şərh edib

Bakı. 7 noyabr. REPORT.AZ/ ABŞ Prezidenti Administrasiyası aralıq seçkilərin ilkin nəticələrindən razıdır.

"Report" CNN-ə istinadən xəbər verir ki, bu barədə Ağ evin mətbuat katibi Sara Sanders bildirib.

"Hazırda əldə olunanlardan məmnunuq. Bu, ABŞ Prezidenti Donald Tramp üçün yaxşı bir axşam oldu", - S.Sanders deyib.

Son proqnozlara görə, Respublikaçılar ABŞ Senatında çoxluğu təmin edib, lakin Nümayəndələr Palatasında çoxluğu itirib.

Daha əvvəl S.Sanders D.Trampıən aralıq seçkilərinin nəticələrini ailəsi və dostları ilə izləyəcəyini bildirib.

"Fox News" telekanalı Demokratlar Partiyasının Nümayəndələr Palatasına nəzarəti ələ alacaqlarını proqnozlaşdırır.

Son xəbərlər

Orphus sistemi