Ağ Ev: Livan razılaşması “HƏMAS”a təzyiq edir

Ağ Ev: Livan razılaşması “HƏMAS”a təzyiq edir “Livanda atəşkəs razılaşmasının əldə edilməsi radikal Fələstinin “HƏMAS” hərəkatına təzyiq edir və onu Qəzza zolağında atəşkəs mümkünlüyünü yenidən nəzərdən keçirməyə məcbur edir”.
Digər ölkələr
1 Dekabr , 2024 23:31
Ağ Ev: Livan razılaşması “HƏMAS”a təzyiq edir

“Livanda atəşkəs razılaşmasının əldə edilməsi radikal Fələstinin “HƏMAS” hərəkatına təzyiq edir və onu Qəzza zolağında atəşkəs mümkünlüyünü yenidən nəzərdən keçirməyə məcbur edir”.

“Report” xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bəyan edib.

“Düşünürəm ki, “HƏMAS” təzyiqi hiss edir. Çünki onların əsas ortaqlarından biri olan “Hizbullah” atəşkəslə bağlı danışıqlar aparıb. Düşünürdülər ki, “Hizbullah” sona qədər onlarla olacaq. Onlar, əlbəttə ki, təzyiq hiss edirlər, çünki onların əsas lideri Yəhya Sinvar öldürülüb.

Beləliklə, indi onlar girovlarla bağlı atəşkəs razılaşmasının mümkünlüyünü yenidən qiymətləndirə bilərlər. Biz buna nail olmaq üçün İsrail, Türkiyə, Qətər və Misir də daxil olmaqla, regionun bütün əsas oyunçuları ilə fəal şəkildə əlaqə saxlayırıq. Buna mümkün qədər tez nail olmaq üçün yaxın günlərdə və hətta bu gün məsləhətləşmələr olacaq”, - deyə o qeyd edib.

2025-ci il yanvarın 20-də ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimindən əvvəl İsrail və HƏMAS arasında razılıq əldə etməyin mümkün olub-olmaması ilə bağlı suala Sallivan belə cavab verib: “Düşünürəm ki, indi atəşkəs qərarının asılı olduğu əsas oyunçu “HƏMAS”dır”.

Son xəbərlər

Orphus sistemi