Ağ ev KXDR-i bütün dünya üçün təhlükə adlandırıb

Ağ ev KXDR-i bütün dünya üçün təhlükə adlandırıb "KXDR tərəfindən təhlükə olduqca ciddidir"
Digər ölkələr
2775
30 Noyabr , 2017 01:51
Ağ ev KXDR-i bütün dünya üçün təhlükə adlandırıb

Bakı. 30 noyabr. REPORT.AZ/ Şimali Koreya bütün sivil dünya üçün təhlükədir.

“Report” xəbər verir ki, bunu Ağ evin mətbuat katibinin müavini Rac Şah iddia edir.

"KXDR tərəfindən təhlükə olduqca ciddidir. Bu, təkcə Birləşmiş Ştatlar və ya Koreya yarımadası üçün təhlükə deyil, həm də bütün dünyaya təhlükədir", - deyə TASS onun sözlərini sitat gətirib.

O əlavə edib ki, ABŞ hökuməti digər ölkələri KXDR-ə qarşı mümkün qədər çox təzyiq göstərmək üçün "əhəmiyyətli addımlar" atmağa inandırmağa çalışır.

Son xəbərlər

Orphus sistemi