Yuxarı

​Ağ ev "Taliban"la görüşün keçiriləcəyi haqda xəbəri təkzib edib

Fevralın 19-da Qətərdə belə bir görüşün olacağı haqda xəbər yayılmışdı

Bakı. 19 fevral. REPORT.AZ/ Qətərdə ABŞ rəsmiləri ilə "Taliban" hərəkatının nümayəndələri arasında sülh danışığının birinci raundunun keçiriləcəyi haqda yayılan məlumatı Ağ ev təkzib edib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bunu Ağ evin Milli Təhlükəsizlik Şurasının mətbuat katibi Bernadett Mixan deyib.

"ABŞ-ın Dohada "Taliban"la görüş keçirməsi planlaşdırılmayıb", - o vurğulayıb.

Xatırladaq ki, "Daily mail" hərəkatın rəhbərliyinə istinadən fevralın 19-da Qətərdə belə bir görüşün keçiriləcəyi haqda xəbər yaymışdı.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi