Ağ Ev: ABŞ İŞİD ilə mübarizədə İranla əməkdaşlıq etmək niyyətində deyil

Ağ Ev: ABŞ İŞİD ilə mübarizədə İranla əməkdaşlıq etmək niyyətində deyil ABŞ İranla hərbi əməkdaşlıq etmək və onunla kəşfiyyat məlumatları mübadiləsi aparmaq niyyətində deyil
Digər ölkələr
7 Noyabr , 2014 11:32

Bakı. 7 noyabr. REPORT.AZ/ ABŞ "İslam Dövlət" (İŞİD) terror təşkilatı ilə mübarizədə İranla hərbi əməkdaşlıq etmək və onunla kəşfiyyat məlumatları mübadiləsi aparmaq niyyətində deyil. "Report" "İTAR-TASS"a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Ağ Evin mətbuat katibi Coşua Ernest brifinqdə açıqlama verib. 

Onun sözlərinə görə, "ABŞ İranla beynəlxalq ictimaiyyətin Tehranın nüvə proqramı ilə bağlı narahatlığını aradan qaldırmağa yönələn "beş üstəgəl bir" qrupu danışıqları kontekstində əlaqə saxlayır.

ABŞ dövlət başçısının rəsmi nümayəndəsi xatırladıb ki, bununla yanaşı, Vaşinqton bir sıra tərəfdaş ölkələrlə birgə İŞİD qruplaşması ilə mübarizə aparır. Buna baxmayaraq, "Birləşmiş Ştatlar  İranla hərbi əməkdaşlıq etməyəcək, biz onlarla kəşfiyyat məlumatlarını paylaşmayacağıq" - deyə, Ernest vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi