Ağ ev: ABŞ Türkiyənin öz hava məkanını müdafiə etmək hüququnu dəstəkləyir

Ağ ev: ABŞ Türkiyənin öz hava məkanını müdafiə etmək hüququnu dəstəkləyir Coş Ernest Ankaranın Vaşinqtonu razı salmaq üçün Rusiyanın "Su-24" təyyarəsini vurması ilə bağlı fərziyyələri nonsens adlandırıb
Digər ölkələr
18 Dekabr , 2015 12:41
Ağ ev: ABŞ Türkiyənin öz hava məkanını müdafiə etmək hüququnu dəstəkləyir

Bakı. 18 dekabr. REPORT.AZ/ ABŞ Türkiyənin öz hava məkanını müdafiə etmək hüququnu dəstəkləyir. 

"Report" xəbər verir ki, bu barədə Ağ evin rəsmi nümayəndəsi Coş Ernest bildirib. 

"Biz bilirik ki, türk pilotlar "Su-24" təyyarəsinin pilotlarına Türkiyənin hava məkanına daxil olduqları ilə bağlı xəbərdarlıq edib lakin ruslar bu xəbərdarlığa məhəl qoymayıb", - Ağ evin nümayəndəsi qeyd edib. 

O, Rusiya prezidenti Vladimir Putinin mətbuat konfransında səsləndirdiyi Ankaranın Vaşinqtonu razı salmaq üçün Rusiyanın "Su-24" təyyarəsini vurması ilə bağlı fərziyyələrini nonsens adlandırıb.

C.Ernest, həmçinin vurğulayıb ki, ABŞ Rusiya və Türkiyə arasında münaqişə yaratmaq istəmir və Ankaranı vəziyyəti sabitləşdirməyə çağırıb. 

Son xəbərlər

Orphus sistemi