​Ağ ev: ABŞ KXDR-nin son raket sınaqlarını pisləyir

​Ağ ev: ABŞ KXDR-nin son raket sınaqlarını pisləyir Belə hərəkətlər BMT TŞ qətnamələrinin pozulması deməkdir
Digər ölkələr
31 May , 2016 23:07
​Ağ ev: ABŞ KXDR-nin son raket sınaqlarını pisləyir

Bakı. 31 may. REPORT.AZ/ ABŞ Koreya Xalq Demokratik Respublikasının ötən həftənin sonunda həyata keçirdiyi raket sınağını pisləyir.

“Report” xəbər verir ki, bunu çərşənbə axşamı jurnalistlər üçün keçirilən brifinqdə Ağ evin mətbuat katibi Coş Ernest deyib.

"Birləşmiş Ştatlar Şimali Koreya tərəfindən həyata keçirilən raket sınağını qətiyyətlə pisləyir", - deyə o bildirib və əlavə edib ki, belə hərəkətlər BMT Təhlükəsizlik Şurası qətnamələrinin pozulması deməkdir.

Ernestin sözlərinə görə, Şimali Koreyanın raket və nüvə silahı hazırlamaq cəhdləri "ABŞ, onun müttəfiqləri və Asiya-Sakit okeanı regionu üçün əhəmiyyətli dərəcədə təhlükə kəsb edir".

Son xəbərlər

Orphus sistemi