Afrində Türkiyə ordusunun 2 əsgəri şəhid olub, 5 hərbçi yaralanıb

Afrində Türkiyə ordusunun 2 əsgəri şəhid olub, 5 hərbçi yaralanıb Bakı. 4 fevral. REPORT.AZ/ Türkiyə ordusunun Suriyanın Afrin şəhərində aparılan Zeytun budağı əməliyyatı çərçivəsində daha 2 əsgəri şəhid olub, daha 5 hərbçi isə yaralanıb.
Digər ölkələr
4 Fevral , 2018 22:41
Afrində Türkiyə ordusunun 2 əsgəri şəhid olub, 5 hərbçi yaralanıb

Bakı. 4 fevral. REPORT.AZ/ Türkiyə ordusunun Suriyanın Afrin şəhərində aparılan "Zeytun budağı" əməliyyatı çərçivəsində daha 2 əsgəri şəhid olub, daha 5 hərbçi isə yaralanıb.

"Report" bu ölkənin mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri məlumat yayıb.

Bununla da əməliyyat başlayandan həlak olan türk əsgərlərinin sayı 14-ə çatıb. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yanvarın 20-də Suriyanın Afrin şəhərində terorrçu PKK-nın bu ölkədəki qolu PYD və YPG silahlılarına qarşı "Zeytun budağı" əməliyyatının başlandığını elan edib. 

Əməliyyat çərçivəsində 965 yaraqlı məhv edilib. Eyni zamanda əməliyyatda Türkiyəyə "Azad Suriya Ordusu" da dəstək verir. 

Son xəbərlər

Orphus sistemi