Bakı. 3 mart.
“Report” xəbər verir ki, məlumatı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb. Bildirilib ki, Türkiyə ordusunun Azad Suriya Ordusu ilə birgə Afrində keçirdiyi "Zeytun budağı" adlı antiterror əməliyyatı 42-ci gündür davam edir. Bu müddət ərzində PKK / KCK / PYD-YPG və İŞİD terror qruplaşmalarının 2434 terrorçusu zərərsizləşdirilib, havadan və qurudan endirilən zərbələr nəticəsində terrorçuların yüzlərlə sığınacağı, anbarı və hədəfi məhv edilib.
Əməliyyat nəticəsində 100-dən çox kənd terrorçulardan təmizlənib.
Qeyd edək ki, “Zeytun budağı” antiterror əməliyyatı 2018-ci il yanvarın 20-də başlayıb.