Yuxarı

​Afrikada 500-ə yaxın qadın və uşaq terrorçular tərəfindən oğurlanıb

Hadisə Damasak şəhərində baş verib

Bakı. 24 mart. REPORT.AZ/ Nigeriyanın şimalında 400-dən artıq qadın və uşaq "Boko haram" terror təşkilatının üzvləri tərəfindən oğurlanıb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, hadisə Damasak şəhərində Niger və Çad qoşunu şəhərə girməzdən öncə baş verib.

"Onlar 506 nəfər gənc qadın və uşağı oğurladılar. Və getməzdən əvvəl onlardan təqribən 50 nəfərini qətlə yetirdilər", - deyə yerli sakinlərdən biri bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi