Afrikada 5 mindən çox koronavirus hadisəsi aşkar edilib

Afrikada 5 mindən çox koronavirus hadisəsi aşkar edilib Afrika Birliyi (AB) çərşənbə axşamı epidemiyanın başlamasından bəri “qara qitə”də 5 255 koronavirusa yoluxma hadisəsi qeydə alındığını açıqlayıb.
Digər ölkələr
507
31 Mart , 2020 17:24
Afrikada 5 mindən çox koronavirus hadisəsi aşkar edilib

Afrika Birliyi (AB) çərşənbə axşamı epidemiyanın başlamasından bəri “qara qitə”də 5 255 koronavirusa yoluxma hadisəsi qeydə alındığını açıqlayıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə regional təşkilatın gündəlik hesabatında deyilir.

AB-nin məlumatına görə, virus 55 üzvü olan təşkilatın 49 ölkəsinin sakinlərində aşkarlanıb. Xəstəlik nəticəsində 173 nəfər ölüb, 371 nəfər sağalıb.

Ən çox xəstəlik Şimali Afrika ölkələrində müşahidə olunub: Misir və Əlcəzairdə müvafiq olaraq 656 582 yoluxma hadisəsi qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 200 ölkə və bölgədə qeydə alınıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 803 min nəfərə yaxındır, 39 minə yaxın adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi