​Afrika dövləti uşaqların qurban kəsilməsinin qarşısını almaq istəyir

​Afrika dövləti uşaqların qurban kəsilməsinin qarşısını almaq istəyir Son aylar ölkədə 20-dən artıq uşaq oğurlanıb
Digər ölkələr
25 Yanvar , 2015 04:02
​Afrika dövləti uşaqların qurban kəsilməsinin qarşısını almaq istəyir

Bakı. 25 yanvar. REPORT.AZ/ Fildişi Sahili hökuməti uşaqların müdafiəsi ilə bağlı əlavə tədbirlər görüləcəyinə vəd verib.

"Report" BBC-yə istinadən xəbər verir ki, son aylar ölkədə 20-dən artıq uşaq oğurlanıb.

Məlumata görə, onların əksəriyyəti ölü və eybəcər hala salınmış vəziyyətdə tapılıblar. Hakimiyyət uşaqların qurban kəsmək məqsədi ilə oğurlanmalarından ehtiyatlanır.

Ailə məsələləri üzrə nazir Enn Dezire Uloto bildirib ki, yerli orqanlar məktəb və oyun meydançaları ətrafında təhlükəsizlik tədbirlərini gücləndirməli, valideynlər isə övladlarını gözdən qoymamalıdırlar.

Onun sözlərinə görə, Fildişi Sahili tamamilə yeni cinayət növləri dövrünü yaşayır.

Son xəbərlər

Orphus sistemi