Yuxarı
    Bağlamaq

    Afinada Yunanıstan Kənd Təsərrüfatı Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirilib

    Yunanıstan xüsusi təyinatlıları fermerlərin aksiyasını yatırmaq üçün gözyaşardıcı qazdan istifadə ediblər© Courtesy İmage

    Bakı. 8 mart. REPORT.AZ/ Afinada Yunanıstan Kənd Təsərrüfatı Nazirliyinin binası qarşısında fermerlər etiraz aksiyası keçiriblər.

    "Report" "İnterfaks"a istinadən xəbər verir ki, onlar vergi qanunvericiliyinin dəyişdirilməsinə etiraz ediblər.

    Minə yaxın fermerin iştirak etdiyi aksiyanın qarşısını almaq üçün xüsusi təyinatlılar gözyaşardıcı qazdan istifadə etməyə məcbur olublar.

    Nəticədə tərəflər arasında qarşıdurma baş verib, fermerlər xüsusi təyinatlıları daşa basıblar.

    Xəsarət alan və saxlanılanlar barədə məlumat verilmir.

    Qeyd edək ki, fermerlərin bir çoxu Afinadakı aksiyaya qatılmaq üçün hətta Krit adasından gəlib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi