Afinada anarxistlər polis idarəsinə hücum ediblər, 4 nəfər yaralanıb - VİDEO

Afinada anarxistlər polis idarəsinə hücum ediblər, 4 nəfər yaralanıb - VİDEO Bakı. 16 oktyabr. REPORT.AZ/ Yunanıstanın paytaxtı Afina şəhərinin Omoniya rayonunda bir qrup anarxist yerli polis şöbəsinə hücum edib.
Digər ölkələr
16 Oktyabr , 2018 05:52
Afinada anarxistlər polis idarəsinə hücum ediblər, 4 nəfər yaralanıb - VİDEO

Bakı. 16 oktyabr. REPORT.AZ/ Yunanıstanın paytaxtı Afina şəhərinin Omoniya rayonunda bir qrup anarxist yerli polis şöbəsinə hücum edib.

"Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, təqribən 50 nəfər üzlərini bağlayan başlıqda polis şöbəsinə yandırıcı qatışıqlı butulka və daş atıblar.

Nəticədə 4 polis əməkdaşı yüngül xəsarət alaraq xəstəxaya yerləşdirilib. Onlardan ikisində tənəffüs problemi aşkar olunub, digər iki nəfər isə qəlpə yarası alıb.

Hücum edən şəxslər bir neçə maşına və polis avtobusuna ziyan vurublar, daha sonra isə hadisə yerindən uzaqlaşıblar. Şübhəli şəxslərin saxlanılması və ya həbs olunması barədə hələ ki, məlumat yoxdur. Heç bir anarxist təşkilat hadisəyə görə məsuliyəti öz üzərinə götürməyib.

Bundan əvvəl Afina şəhərində kürd etnik qrupuna məxsus “Rouvikonas” anarxist dəstəsinin üzvləri İranın Yunanıstandakı səfirliyinin binasına hücum ediblər.

Son xəbərlər

Orphus sistemi