AEBA Ukraynaya Kaxovka SES faciəsinə görə yardım planı təqdim edib

AEBA Ukraynaya Kaxovka SES faciəsinə görə yardım planı təqdim edib Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Qrossi Ukrayna Prezidenti Volodimir Zelenskiyə Kaxovka Su Elektrik Stansiyasında bəndin dağıdılmasının nəticələrinin aradan qaldırılması üçün Ukraynaya yardım proqramını təqdim edib.
Digər ölkələr
14 İyun , 2023 02:50
AEBA Ukraynaya Kaxovka SES faciəsinə görə yardım planı təqdim edib

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Qrossi Ukrayna Prezidenti Volodimir Zelenskiyə Kaxovka Su Elektrik Stansiyasında bəndin dağıdılmasının nəticələrinin aradan qaldırılması üçün Ukraynaya yardım proqramını təqdim edib.

“Report” xəbər verir ki, bu barədə Qrossi tviterdə bildirib.

Qeyd edək ki, Qrossi hazırda Kiyevdə səfərdədir, daha sonra Zaporojye AES-ə baş çəkmək niyyətindədir.

Xatırladaq ki, Ukraynada Kaxovka SES-in bəndi iyunun 6-da partladılıb, 100-ə qədər yaşayış məntəqəsi daşqınlara məruz qalıb.

Bu stansiya Ukraynanın cənubundakı rayonların elektrik, enerji, suvarma və su təchizatı, eləcə də Xersondan Zaporojyeyə naviqasiya üçün Dnepr axınının illik tənzimlənməsini təmin edirdi. Kaxovka SES 2022-ci ilin fevralında Şimali Krım kanalı ilə birlikdə Rusiya tərəfindən işğal olunub.

Son xəbərlər

Orphus sistemi