AEBA rəhbəri: “Yaxın Şərq münaqişəsi genişlənə bilər”

AEBA rəhbəri: “Yaxın Şərq münaqişəsi genişlənə bilər” Yaxın Şərq münaqişəsi genişlənə bilər.
Digər ölkələr
13 Fevral , 2024 13:45
AEBA rəhbəri: “Yaxın Şərq münaqişəsi genişlənə bilər”

Yaxın Şərq münaqişəsi genişlənə bilər.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Qrossi “Sky News Arabia” telekanalına müsahibəsində deyib.

O, İsrail rəsmilərinin nüvə silahından istifadə ilə bağlı bəyanatlarını şərh edərkən deyib: “Biz Yaxın Şərqdəki hazırkı münaqişənin genişlənəcəyindən narahatıq”.

R.Qrossi vurğulayıb ki, regiondakı vəziyyət çox kövrək və qeyri-sabitdir və AEBA belə nəticələrin qarşısını almaq üçün mümkün qədər aktiv olmağa çalışır.

İranın nüvə proqramı probleminə toxunan AEBA rəhbəri həll yolunun diplomatiya olduğunu qeyd edib və İranı bu məsələdə agentliklə əməkdaşlığa çağırıb.

Son xəbərlər

Orphus sistemi