ABŞ prezidenti xarici yaraqlıların münaqişə zonalarına "misilsiz axını" haqqında xəbərdarlıq edib

ABŞ prezidenti xarici yaraqlıların münaqişə zonalarına "misilsiz axını" haqqında xəbərdarlıq edib "Son bir neçə ildə Suriyaya dünyanın 80 ölkəsindən 15 mindən artıq terrorçu gəlib"
Digər ölkələr
25 Sentyabr , 2014 10:37
ABŞ prezidenti xarici yaraqlıların münaqişə zonalarına misilsiz axını haqqında xəbərdarlıq edib
Bakı. 25 sentyabr. REPORT.AZ/ "Münaqişələrin olduğu regionlara son zamanlar çox sayda xarici yaraqlılar axışır. Son bir neçə ildə təkcə Suriyaya dünyanın 80 ölkəsindən 15 mindən artıq terrorçu gəlib, onların çoxları "Əl-Qaidə", "Ən-Nusra cəbhəsi" və "İraq və Levanta İslam Dövləti" kimi qruplaşmalara qoşulub". "Report" xəbər verir ki, bu barədə ABŞ prezidenti Barak Obama BMT Təhlükəsizlik Şurasının terrorizmlə mübarizəyə həsr olunan iclasında bəyan edib. 

Obama vurğulayıb ki, xaricdən gələn yaraqlıların münaqişələrdə iştirak etməsi vəziyyəti daha da gərginləşdirir. ABŞ prezidentinin fikrincə, terrorçular getdikləri regionların əhalisi, hətta öz ölkələrinin vətəndaşları üçün böyük təhlükə yaradırlar, çünki onlar çox zaman vətənlərinə qayıdır və orada terror aktlarını icra edirlər.

Prezidentin sözlərinə görə, bir çox dövlətlər aktiv şəkildə terrorla mübarizə sahəsində əməkdaşlıq etməyə başlayıblar.

Barak Obama, həmçinin istənilən səbəbdən "öz yolundan çaşıb" terror təşkilatlarına qoşulmağa cəhd edən insanlar haqqında danışıb. Onun sözlərinə görə, çox zaman imkanların olmaması, repressiyalar və ümidsizlik hissi radikallaşmaya səbəb olur.

Son xəbərlər

Orphus sistemi