ABŞ Yəmənə qarşı sanksiyaların tətbiqinə başlayıb

ABŞ Yəmənə qarşı sanksiyaların tətbiqinə başlayıb Sanksiyalar iki Yəmən vətəndaşına şamil edilib
Digər ölkələr
14 Aprel , 2015 23:57
ABŞ Yəmənə qarşı sanksiyaların tətbiqinə başlayıb

Bakı. 14 aprel. REPORT.AZ/ ABŞ Maliyyə Nazirliyi iki Yəmən vətəndaşına qarşı sanksiyaların tətbiqinə dair qərar qəbul edib.

"Report"un TASS agentliyinə istinadən verdiyi məlumata görə, sanksiyalar üsyançı Husilərin lideri Abdel Malik Al-Husi ilə Yəmənin Birləşmiş Ərəb Əmirliklərindəki sabiq səfiri Əhməd Əli Abdulla Salehə şamil olunub.

Bu iki şəxsin ABŞ-a girişi qadağan edilib. Həmçinin, Amerika banklarında onlara aid hesab aşkarlansa avtomatik olaraq dondurulacaq.

Xatırladaq ki, Əhməd Əli Abdulla Saleh hazırda şiə üsyançılara dəstək verən Yəmənin sabiq prezidenti Əli Abdulla Salehin oğludur.

Son xəbərlər

Orphus sistemi