Yuxarı

ABŞ Yəməndə diplomatların sayını azaldır

Bununla belə səfirlik işini davam etdirəcək

Bakı. 23 yanvar. REPORT.AZ/ ABŞ Dövlət Departamenti Yəməndəki hadisələrlə bağlı bu ölkədə diplomatların sayının azaldılması haqqında bəyan edib. "Report" xəbər verir ki, bu barədə Dövlət Departamenti mətbuat xidmətinin məlumatında deyilir. 

"ABŞ-ın Sanadakı səfirliyi Yəməndə çalışan vətndaşlarının sayını bir qədər də azaldıb. Səfirlik fəaliyyətini  davam etdirəcək, biz ölkədə vəziyyətdən asılı olaraq resursları yenidən istiqamətləndirə bilərik", - məlumatda deyilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi