ABŞ-yə miqrasiya və sərhəd probleminin həlli üçün 100 milyard dollar lazımdır

ABŞ-yə miqrasiya və sərhəd probleminin həlli üçün 100 milyard dollar lazımdır “Qeyri-qanuni miqrasiya probleminin həlli və ABŞ sərhədlərinin qorunması üçün 100 milyard dollara yaxın vəsaitin ayrılması lazımdır”.
Digər ölkələr
6 Yanvar , 2025 02:55
ABŞ-yə miqrasiya və sərhəd probleminin həlli üçün 100 milyard dollar lazımdır

“Qeyri-qanuni miqrasiya probleminin həlli və ABŞ sərhədlərinin qorunması üçün 100 milyard dollara yaxın vəsaitin ayrılması lazımdır”.

“Report” xəbər verir ki, bunu Respublikaçı senator Lindsi Qrem bildirib.

Senator qeyd edib ki, qeyri-qanuni miqrasiya ilə bağlı vəziyyəti yaxşılaşdırmaq üçün miqrantların müvəqqəti yerləşdirilməsi mərkəzlərində yerlərin sayını üç dəfədən çox, sərhədçilərin sayını iki dəfə artırmaq lazımdır:

“Eləcə də divarın tikintisini başa çatdırmaq və texnoloji həlləri sərhəddə tətbiq etmək vacibdir. Hər şey təxminən 100 milyard dollara başa gəlir və mən başqa yerlərdə hökumətin 100 milyard dollarlıq ixtisarına səs verməyə hazıram”.

Onun fikrincə, miqrasiya böhranının həllini ləngitmək ABŞ-ın “milli təhlükəsizliklə rus ruleti oynaması” anlamına gələcək.

Son xəbərlər

Orphus sistemi