ABŞ, Yaponiya və Cənubi Koreya Tayvanla bağlı birgə bəyanat verəcək

ABŞ, Yaponiya və Cənubi Koreya Tayvanla bağlı birgə bəyanat verəcək Avqustun 18-də Vaşinqton sammitində ABŞ, Yaponiya və Cənubi Koreya Tayvandakı vəziyyətlə bağlı birgə bəyanatla çıxış etməyi planlaşdırır.
Digər ölkələr
15 Avqust , 2023 08:41
ABŞ, Yaponiya və Cənubi Koreya Tayvanla bağlı birgə bəyanat verəcək

Avqustun 18-də Vaşinqton sammitində ABŞ, Yaponiya və Cənubi Koreya Tayvandakı vəziyyətlə bağlı birgə bəyanatla çıxış etməyi planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

İclasdan sonra ölkələr Çinin suveren Tayvanın statusunu dəyişmək istəyindən narahatlığını ifadə edəcəklər.

Birgə bəyanatda Tayvan boğazında sülh və sabitliyin qorunması ilə bağlı müddəa var.

Qeyd olunur ki, bəyanatın mətni ABŞ-nin bu məsələ ilə bağlı əvvəlki mövqelərinə uyğun olmalıdır. Eyni zamanda, bu, Pekinlə ritorikanın kəskin artmasına gətirib çıxarmamalıdır.

Yaponiyanın Baş naziri Fumio Kişida, ABŞ Prezidenti Cozef Bayden və Cənubi Koreya lideri Yun Suk-yol avqustun 18-də Vaşinqtonda üçtərəfli sammit formatında ilk dəfə görüşəcəklər.

Son xəbərlər

Orphus sistemi