Yuxarı
    Bağlamaq

    ABŞ viza verilməsi qaydasını sərtləşdirir

    Anketdə bu sorğularla bağlı qrafanın doldurulması məcburi olmasa da, ancaq onların cavablandırılmaması vizanın verilməsini gecikdirə bilər

    Bakı. 1 iyun. REPORT.AZ/ ABŞ-a vizaların verilməsinin yoxlanılması qaydaları sərtləşdirilib. 

    “Report” “Reuters”ə istinadən xəbər verir ki, prezident Donald Trampın administrasiyası bu məqsədlə yeni anket formasını təsdiqləyib.

    İnformasiyaya əsasən, anketə bir neçə yeni maddə əlavə edilib.

    Məlumata görə, ABŞ konslluğunun əməkdaşı viza almaq istəyən şəxsdən əvvəlki xarici pasportlarının nömrələrini, habelə son 5 ildə sosial şəbəkələrdə istifadə etdiyi adları, 15 illik tərcümeyi-halını, o cümlədən əmək fəaliyyəti və dünya üzrə gəzintilərini soruşacaq.

    Anketdə bu sorğularla bağlı qrafanın doldurulması məcburi olmasa da, ancaq onların cavablandırılmaması vizanın verilməsini gecikdirə bilər. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi