ABŞ vətəndaşlarına koronavirusla bağlı xəbərdarlıq etdi

ABŞ vətəndaşlarına koronavirusla bağlı xəbərdarlıq etdi ABŞ hakimiyyəti amerikalılara ölkədə koronavirus infeksiyasına yoluxma hallarının mümkün artımı ilə bağlı xəbərdarlıq edib.
Digər ölkələr
29 Sentyabr , 2020 07:11
ABŞ vətəndaşlarına koronavirusla bağlı xəbərdarlıq etdi

ABŞ hakimiyyəti amerikalılara ölkədə koronavirus infeksiyasına yoluxma hallarının mümkün artı ilə bağlı xəbərdarlıq edib.

Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir.

ABŞ-ın milli strategiyasına həsr edilmiş tədbirin gedişatında ölkənin vitse-prezidenti Mayk Pens COVID-19-a yoluxma hallarının mümkün artımı barədə xəbərdarlıqla çıxış edib. Onun sözlərinə görə, göstəricilərin artması koronavirus testlərinin sayını artıra bilər.

Ağ Evin müşaviri Skott Atlas isə qeyd edib ki, insanlar arasında ünsiyyətin çoxluğu yoluxma göstəricilərinə təsir edə bilər.

Qeyd edək ki, ABŞ dünyada COVID-19-a yoluxma hallarının sayına görə birinci yerdədir. Cons Hopkins Universitetinin məlumatına görə, ölkədə təhlükəli infeksiyaya yoluxanların sayı 7 milyon nəfəri ötüb, onlardan 200 mindən çoxu ölüb. Bununla yanaşı, Birləşmiş Ştatlarda virusa yoluxmuş 2,7 milyondan çox insan sağalıb.

Son xəbərlər

Orphus sistemi