ABŞ vətəndaşlarına "Florens" qasırğası ilə bağlı xəbərdarlıq edilib

ABŞ vətəndaşlarına "Florens" qasırğası ilə bağlı xəbərdarlıq edilib Bakı. 12 sentyabr. REPORT.AZ/ ABŞ hökuməti ölkə vətəndaşlarını Atlantik okeanı sahillərinə yaxınlaşmaqda olan Florens qasırğasının təhlükəli olması barədə xəbərdarlıq edib.
Digər ölkələr
12 Sentyabr , 2018 02:57
ABŞ vətəndaşlarına Florens qasırğası ilə bağlı xəbərdarlıq edilib

Bakı. 12 sentyabr. REPORT.AZ/ ABŞ hökuməti ölkə vətəndaşlarını Atlantik okeanı sahillərinə yaxınlaşmaqda olan "Florens" qasırğasının təhlükəli olması barədə xəbərdarlıq edib.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Qasırğaların Qarşısının Alınması üzrə Milli Mərkəzi məlumat yayıb.

Bildirilir ki, "Florens" qasırğası "çox təhlükəli" olacaq.

Məlumatda Şimali və Cənubi Karolina sahillərində həyati təhlükəsi olan fırtına dalğalarının gözləndiyi və daşqın ehtimalının olduğu qeyd edilib.

Son xəbərlər

Orphus sistemi